Xidmətlər
Çindən idxalın hər mərhələsi üçün xidmət
Bəzi müştərilər bütün prosesi bizə həvalə edir, bəziləri yalnız keyfiyyət yoxlaması və ya gömrük üçün müraciət edir. Hər iki variant mümkündür — lazım olan xidməti seçin.
Məhsul və təchizatçı axtarışı
Tələbinizə uyğun zavodları tapır, sənədlərini yoxlayırıq.
Qiymət danışıqları
Qiymət, MOQ və ödəniş şərtlərini sizin xeyrinizə danışırıq.
Nümunələrin təşkili
Nümunə sifariş edir, Bakıya çatdırırıq.
Zavod auditi (video ilə)
İstehsal xəttini və anbarı video ilə göstəririk.
Keyfiyyət yoxlaması
Partiyanı spesifikasiya ilə müqayisə edir, hesabat göndəririk.
Çində anbar və konsolidasiya
Fərqli zavodların mallarını bir yük kimi göndəririk.
Beynəlxalq daşıma
Dəmir yolu, avto, hava, dəniz — ən sərfəli marşrut.
Gömrük və sənədlər
İnvoys, sertifikatlar və gömrük bəyannaməsi.
Azərbaycan daxilində çatdırılma
Bakı və bölgələrdə anbarınıza qədər.
Öz brendinizlə istehsal (OEM)
Loqo və qablaşdırma sizin dizaynınızla.
Xidmətlər necə birləşir
Tam xidmətdə siz yalnız məhsulu və miqdarı deyirsiniz: axtarış, danışıq, nümunə, istehsal nəzarəti, daşıma, gömrük və çatdırılma — hamısı bir müqavilə və bir menecer altında. Qiymət təklifində hər xidmət ayrıca sətirlə göstərilir.
Hansı xidmət lazımdır? WhatsApp-da yazın (yeni pəncərədə açılır)Növbəti partiyanızı Çindən birlikdə gətirək
Məhsulun adını və miqdarını yazın — qalanını biz edək.